Nərimanov rayonunda İlham Əliyevin növbəti prezidentlik dövrünün birinci ilinə həsr olunmuş konfrans keçirilib (FOTO)


Digərləri 11 Apr 2019 21:18:18 291 0

Nərimanov rayonunda İlham Əliyevin növbəti prezidentlik dövrünün birinci ilinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Prezident İlham Əliyevin yeni prezidentlik dövrünün 1-ci ilinə həsr olunmuş rayon konfransı keçirilib.

Bakı. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin yeni prezidentlik dövrünün 1-ci ilinə həsr olunmuş rayon konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, veteranlar, ictimaiyyət nümayəndələri, rayon gəncləri və s. iştirak ediblər. Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.