Paşinyan Avropada da təsdiq etdi:


Dünya 11 Apr 2019 20:44:00 200 0

Paşinyan Avropada da təsdiq etdi:

Ermənistanın baş naziri Nikol Paşinyan hesab etmir ki, onun bəyanatlarında və müdafiə naziri David Tonoyanın şərhlərində hər hansı ziddiyyət var.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, N.Paşinyan Avropa Şurasının baş katibi Turbern Yagland ilə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən deyib: "Bu, olsa-olsa vəziyyətin təfsir olunması məsələsidir".

Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan son zamanlar xüsusi müharibə ritorikası ilə yadda qalıb. Belə ki, D. Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən belə bir sərsəm bəyanat vermişdi: "Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, "ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə". Heç bir ərazi güzəşti olmayacaq...".

Son.az