Paşinyan “şikayətləndi”:


Dünya 11 Apr 2019 20:04:00 211 0

Paşinyan “şikayətləndi”:

Ermənistanla münasibətlərin bərpasını Türkiyə Azərbaycanla əlaqələndirir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Təəssüf ki, bizim Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Əgər Azərbaycanla münasibətlərdə hər şey aydındırsa, Türkiyə ilə bağlı məsələdə başqa görüntü var. Ermənistanla münasibətlərin bərpasını Türkiyə birbaşa Azərbaycanla əlaqələndirir. Ermənistan bu məsələdə mövqeyini dəyişməyib. Biz deyirik ki, heç bir ilkin şərt irəli sürmədən Türkiyə ilə münasibətlərin bərpasına hazırıq", - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın işğalçılığına görə Türkiyə 1993-cü ildən bu ölkə ilə əlaqələrini kəsib.

Son.az