Azərbaycanda 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib


Digərləri 11 Apr 2019 20:03:22 244 0

Azərbaycanda 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib

Azərbaycanda 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib.

Bakı. Elçin Mehdiyev - 2019-cu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4980, qeyri-dövlət müəssisələrində 6667 tikinti maşını olub. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci il ərzində 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.