Kompüter bazarında lider dəyişdi


Digərləri 11 Apr 2019 19:54:00 197 0

Kompüter bazarında lider dəyişdi

"Gartner" şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. "HP Inc." şirkətini geridə qoymuş "Lenovo" birinci pillənin sahibi olub.

Son.az "ICTnews"a istinadən yazır ki, analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə "Lenovo" şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. "HP Inc." şirkətində bu göstərici 21.9% təşkil edir.

"HP Inc." şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.