Azərbaycan İlahiyyat İnstitutu Gəncədə abturiyentlərlə görüş təşkil edib (FOTO)


Digərləri 11 Apr 2019 19:55:31 188 0

Azərbaycan İlahiyyat İnstitutu Gəncədə abturiyentlərlə görüş təşkil edib (FOTO)

İnstitutun növbəti səfəri Gəncə şəhərinə olub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Gəncə şəhərinə olub. İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ kollektivi öncə Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib. Gəncə Şəhər Təhsil İdarəsində təşkil olunan görüşdə qurumun müdir müavini İsmayıl İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O bildirib ki, respublikamızın təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və proses hazırda da davam etməkdədir. Bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarır. Sonra Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bildirib ki, dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət edir.