“Azərbaycantelefilm” yeni layihələrə start verir


Digərləri 11 Apr 2019 19:59:55 195 0

“Azərbaycantelefilm” yeni layihələrə start verir

Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir

Bakı. “Azərbaycantelefilm” yeni layihələrə start verir. Telefilmin yeni təyin olunmuş direktoru rejissor Ramiz Həsənoğlu Trend-ə bildirib ki, Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir: “Yeni ildə, Novruzda əvvəlki illərdə olduğu kimi, yeni tamaşa və verilişlərlə efiri təzələmək fikrindəyik. Elçin Əfəndiyevin “Gül dedi bülbülə” hekayəsinin televiziya tamaşasını hazırlamağı planlaşdırırıq. Məzəli hekayədir, Elçin müəllim ona bir az yeni il motivləri də qatacaq”. Tamaşa üzərində Ramiz Həsənoğlu ilə Şərif Qurbanəliyev birlikdə işləyəcəklər. “Çiyin-çiyinə görülən iş daha maraqlı və effektli olur” .