Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçilib (FOTO)


Digərləri 11 Apr 2019 19:42:50 199 0

Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçilib (FOTO)

Minskdə keçirilən “TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli Pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.

Bakı. Minskdə keçirilən “TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli Pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, pavilyonda nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkı, eləcə də, “Azercell” və “Delta Telekom” şirkətləri İKT sahəsinə dair xidmət və məhsullarını təqdim edirlər.