ABŞ səfiri münaqişə tərəfləri arasında təması müsbət qiymətləndirib


Digərləri 11 Apr 2019 19:13:00 207 0

ABŞ səfiri münaqişə tərəfləri arasında təması müsbət qiymətləndirib

Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında təmasın davam etdirilməsinə çox şadam.

Bakı. Ləman Zeynalova - Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında təmasın davam etdirilməsinə çox şadam. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger deyib. Səfir qeyd edib: "Mən çox şadam ki, tərəflər arasında təmas davam edir və XİN rəhbərlərinin növbəti görüşünün vaxtı təyin edilib. Həmsədrlərin məqsədi fikir ayrılıqları üzərində işləyərək irəli getmək üçün lazımi mühitin, şəraitin yaradılması və dəstəyin göstərilməsidir. Əsas məqsəd sülhə nail olmaqdır”. Daha sonra Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri barədə danışan diplomat bildirb: "Mən ABŞ və Azərbaycan arasında mövcud möhkəm ikitərəfli münasibətlərin daha da gücləndirilməsi istiqamətində bir sıra məqsədlərə nail olmağa ümid edirəm. Mənim əsas məqsədlərimdən biri də hər iki xalqın, dövlətin bir-birini, mədəniyyətlərini daha yaxşı tanıması üçün əlimdən gələni etməkdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin