Ad günündə evə qız gətirdi, qardaşı tərəfindən bıçaqlandı


Kriminal 11 Apr 2019 19:09:00 187 0

Ad günündə evə qız gətirdi, qardaşı tərəfindən bıçaqlandı

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi mayın 1-nə təyin olunub.

İttihama görə, ötən il sentyabrın 18-də axşam saat 18.00-da Yasamal rayonunun 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib.

Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Sərxan Hacallı 1990-ci il təvəllüdlü qardaşı Qaraxan Acalova bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, həmin gün Sərxanın ad günü olub. Böyük qardaş Qaraxan kiçik qardaşının ad gününü qeyd etmək üçün işdən icazə alıb. Qaraxan evə gəldiyi zamanı onu qarşılayan həyat yoldaşından Sərxanın harada olduğunu soruşub. Həyat yoldaşı qapını göstərərək Sərxanın qonağı olduğunu bildirib.

Böyük qardaş qapını döyüb, lakin cavab gözləmədən qapını açıb və cütlüyü qucaq-qucağa görüb.