Nazarbayevin qızı çağırış etdi:


Dünya 11 Apr 2019 18:49:00 246 0

Nazarbayevin qızı çağırış etdi:

"Ölkədə qanuni, şəffaf və ədalətli prezident seçkilərinin təmin edilməsi vacib tapşırıqdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan parlamenti Senatının (Yuxarı palata) sədri Dariqa Nazarbayeva bəyan edib.

Xanım D.Nazarbayeva bildirib ki, qarşıdakı növbədənkənar prezident seçkiləri Qazaxıstanın gələcəyinə, ölkənin inkişaf yoluna çox böyük təsir göstərəcək:

"Vətəndaşların iradələrini sərbəst şəkildə bildirməsi müstəqil Qazaxıstanın nailiyyətlərdən biridir. Bizim ümumi vəzifəmiz Qazaxıstan Respublikasının Prezidenti seçkilərinin ədalətli, qanuni və şəffaf keçirilməsini təmin etməkdir".