İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edir


Digərləri 11 Apr 2019 18:34:00 426 0

İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edir

İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsi elan edir.

Bakı. İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsi elan edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuda olmalıdır: “Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri”. Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.