Ermənilərin Cənubi Qafqazda məskunlaşması: Reallıqlar və xülyalar


Digərləri 11 Apr 2019 18:24:00 309 0

Ermənilərin Cənubi Qafqazda məskunlaşması: Reallıqlar və xülyalar

Hər bir fərdin özünəməxsus səciyyəvi xüsusiyyətləri olduğu kimi, hər bir etnosun da özəl keyfiyyətləri vardır.

Bakı. Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir. Heydər Əliyev Hər bir fərdin özünəməxsus səciyyəvi xüsusiyyətləri olduğu kimi, hər bir etnosun da özəl keyfiyyətləri vardır. Etnopsixoloqların dərin araşdırmalarına görə hər bir xalqın, millətin xarakteri onun tarixi keçmişi ilə sıx bağlı olub onun formalaşmasında mühüm rol oynayır. Təbii ki, bu məqalədə ayrı-ayrı xalqların yox, məhz yəhudi əsilli tarixçi Tatsitin təbirincə desək bəşəriyyət üçün “xərçəng xəstəliyi”olan ermənilərin Yaxın və Orta Şərqə, o, cümlədən Qafqaza gəlişi və burada onların havadarlarının köməyi ilə məskunlaşmasını tarixi faktlar, mənbələr, ayrı-ayrı müəlliflərin əsərləri vasitəsi ilə izləyib tarixi reallıqları və erməni “alimlərinin”, kilsə xadimlərinin uydurmalarını, xülyalarını araşdırmağı qarşıya məqsəd qoyulub. Erməni tədqiqatçıları heç bir reallıqlara əsaslanmayaraq, ermənilərin tarixən Qafqaz köklü, ilahi tərəfindən seçmə xalq olduğunu, dərin, zəngin sivilizasiyaya, böyük imperiyaya sahib olduqlarını çəkinmədən qeyd edirlər. Lakin tarixi, antropoloji nöqteyi-nəzərdən yanaşdıqda məlum olur ki, ermənilər “Qafqazion” tipli yox, “Balkan” tipli xalqdır. Əlbətdə bu barədə çox yazmaq olar, lakin bizi düşündürən bu “erməni virusu” nun Qafqaza necə düşməsidir. Rusiya Elmlər Akademiyasının müxbir üzvü K.Patkanyan yazırdı: Ermənilər heç bir zaman vətən və dövlət sahibi olmayıblar. Onlar tarixən romalılara, parfiyalılara, sasanilərə, ərəblərə, səlcuqlara, monqol-türklərə, səfəvilərə, osmanlılara və nəhayət ruslara xidmət edən xalq olmuş və yeri gəldikcə öz mənafeləri üçün ustalıqla onlardan istifadə edə bilmişlər”. İndi biz ermənilərin Qafqaza tarixi gəlişini təkzib olunmaz faktlar əsasında izləyək. Siseron tərəfindən “tarixin atası” adlandırılan Herodot “Tarix” əsərində qədim Balkan tayfalarından biri olan friqlərin(briqlərin) adını çəkir. “Güman edilir ki, qədim haylar friqlərdən bir qol kimi ayrılaraq (daha doğrusu qovularaq) Mesopotamiyaya üz tuturlar ( əsasən Fərat çayının Şərq sahillərinə)”. Bu fikri erkən orta əsr erməni mənbələrində də gedir. Belə ki, erməni tarixçisi Movses Xorenli yazır ki, qədim, ermənilər öz yurd yerlərini Fəratın Şərqində axtarsınlar.[ И. М. Гусейнова. История народов Кавказа. Баку. 2018, 1248c, s. 131] E.ə. 65-ci ildə Artaşetlər Ərməniyyəsi Roma ilə Parfiya arasında erməni çarlığı 2 hissəyə bölündü. Artaşetlər Ərməniyyəsinin çox hissəsi Parfiyanın, az hissəsi isə Roma imperiyasının tabeliyində qaldı. Erməni alimlərinin heç bir elmi əsası olmayan “Böyük Ermənistan” (Parfiya hissəsi) xəstəliyi məhz həmin tarixi hadisə ilə bağlıdır. 387-ci il müqaviləsi ilə Artaşetlər Ərməniyyəsinə son qoyulur. Bununla dövlətçiliklərini tamamilə itirən ermənilər nəhayət ərəb işğallarından sonra Cənubi Qafqazda dini baxımdan xeyli fəallaşaraq ərəb xəlifələrinə, sərkərdələrinə xidmət etmiş erməni-qriqorian kilsəsi bu dövrdə Azərbaycanın maddi-mədəni irsi - Alban Həvari kilsəsinin zəifləməsinə çalışmışdı. Ərəb xilafətinə, monqollara hərtərəfli xidmət edən ermənilər bu dövlətlərin süqutundan sonra xeyli zəifləyir və Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın dövründə erməni-qriqorian kilsəsinin iqamətgahı 1441-ci ildə Kilikiyanın Sis şəhərindən İrəvan şəhərindən uzaq olmayan indiki Eçmiədzin (Üçmiədzin) ətrafında yerləşərək keçmiş alban monastrına köçür və bu dövrdən başlayaraq, Azərbaycanın xristian abidələri ermənilər tərəfindən məqsədyönlü şəkildə saxtalaşdırılır və erməniləşdilir [И. М. Гусейнова. История народов Кавказа. Баку. 2018, 1248c, s.164-165]. Tarixi mənbələr göstərir ki, ümumiyyətlə, XV əsrin əvvəllərinə qədər Cənubi Qafqazda nə erməni kilsəsi olmuş, nə də ki, onlar bir toplum olaraq, burada məskunlaşmışlar. Akademik R.Mehdiyev, erməni tədqiqatçısı Suninin araşdırmalarına istinad edərək yazır: “XV əsrin ortalarına qədər ermənilər Cənubi Qafqazda yaşamayıblar”. Avstriya tədqiqatçısı Erix Faygılın fikrinə görə isə “Ermənistan coğrafi bölgənin adıdır, xalqın yox. Ermənilərin özünü “hay” adlandırmaları da göstərir ki, Ermənistan hayların tarixi vətəni olmayıb. [Erix Faygel.Terror haqqında həqiqət: Erməni terrorizmi-mənbə və səbəblər. Bakı 2000 s.13 ] Erməni-qriqorian kilsəsi orta əsrlərdə özünə yeni havadarlar axtarmaq üçün Avropaya üz tutsa da, Avropa dövlətlərindən heç bir kömək ala bilməyəcəyini anladıqdan sonra Rusiya imperiyasına sığınmağa məcbur olmuş və öz məkrli məqsədlərinə çatmaq üçün hiylə və saxtakarlığı əsas vasitə kimi istifadə edərək, XX əsrin əvvəllərindən etribarən ermənilərin separatçılıq, millətçilik hərəkatı Qafqazda dağıdıcı amilə çevrilib. Bu yerdə İqor Peçenevin sözlərini xatırlatmaq yerinə düşər: “Rusiya imperiyası bu regionda gedən tarixi siyasi proseslərə müdaxilə edən gündən erməni kartından siyasi amil kimi istifadə edib və əvəzində onlara da pay düşüb”. Rusların verdiyi bu pay heç də az olmayib. Ermənilər tarix boyu həsrətini çəkdikləri arzularına çatıb, Azərbaycan torpaqlarında “Ermənistan” adlı bir dövlət yaradıb [“Azərbaycan” jurnalı. 2002 № 9, s. 158] . Fransız tədqiqatçısı Jorj de Malevil tarixdə erməni dövlətinin olmadığı haqqında deyir: “1918-ci ildə İngiltərənin iradəsinə uyğun olaraq, çar imperiyasının xarabalıqlarında yaranmış və muxtar qurum kimi çox da uzun müddət yaşamayan erməni dövləti tarixdə qeydə alınmış yeganə müstəqil erməni dövləti idi”. Eçmiədzin sinodunun prokuroru olmuş A.Frenkel isə XX əsrin əvvəllərində yazırdı ki, “erməni xalqının tarixi taleyi onun müstəqil dövlət qurmağa, dövlət orqanizmi yaratmağa qadir olmadığını təkzibedilməz dəqiqliklə sübuta yetirmişdir”. Ermənilər və Ermənistan haqqında dolğun düzgün bilgilərə yiyələnmək üçün rus müəlliflərindən V.Y. Veliçkonun, N.N.Şavrovun, A.S.Qriboyedovun, M.Lermontovun, V.T.Mayevskinin, A.S.Puşkinin, gürcü alimi İ.O.Çavçavadzenin və digər müəlliflərin də əsərlərinə baxmaq kifayət edər [İslam Sadıq. Elmdə erməni virusu. Bakı 2009, s.25] . I Pyotr dövründə gerçəkləşməyən “erməni məsələsi”onun xələflərinin dövründə Rusiyanın siyasi gündəmində qaldı. Gülüstan (12 oktyabr 1813), Türkmənçay (10 fevral 1828) və Ədirnə (2 sentyabr 1829) sülh müqavilələrində Rusiyanın onları himayə etməsinə aid maddələr öz əksini tapıb. İran və Osmanlı imperiyasından köçürülən ermənilərin xüsusi çəkisi İrəvan, Naxçıvan, Qarabağ, Şirvan və digər əyalətlərdə xeyli artdı. Rus tarixçisi N.N. Şavrov bu barədə daha müfəssəl məlumat verir. “1826-1828-ci illər müharibəsi qurtaran kimi 1828-1830-cu ilə qədər olan iki il ərzində Qafqaza 40.000 İran və 84.000 Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsıxi və Axalkalaki qəzalarında yerləşdirdik. Onlara 200.000 desyatin dövlət torpağı və müsəlmanlardan alınmış 2 milyon manatlıqdan çox torpaq verilmişdir. Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə gölünün sahilində gəlmə ermənilər yerləşdirilmişdir. Mütləq nəzərə almaq lazımdır ki, 124 min erməni rəsmi və çoxu da qeyri rəsmi köçürülmüşdür ki, onların da ümumi sayı 200.000 nəfərdən çoxdur”. Bu axın uzun müddət davam etmiş, hətta Suriyadan, Livandan və digər ərəb ölkələrindən gələnlərin hesabına İrəvanda və ona yaxın ərazilərdə ermənilərin sayı xeyli artmışdır. Tarixi faktlar sübut edir ki, ermənilərin 1918-ci ilə qədər Qafqaz bölgəsində heç bir dövlət qurumu olmamışdır. Qafqazda erməni, dövləti yaradılana qədər erməni xalqını kilsə idarə etmişdir. Sözügedən fikirləri rus tarixçisi İqor Peçenev də təsdiq edir: “Bu xalq əsrlər boyu vətənsizlik dərdi çəkib. Bu çox acı nəticəyə-elmdə “erməni xəstəliyi” adlandırılan sindromun meydana çıxmasına səbəb olub. Güya nə zamansa dövlətlərinin, dövlətçilik ənənələrinin olduğunu deyəndə də yalan danışırlar. Uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur”. Erməni tarixini uyduranlara və onların havadarlarına ən tutarlı cavabı inqilabaqədərki rus apologeti V.Y.Veliçko vermişdir: “Əgər erməni tarixinin üz qabığı üçün “uydurma” sözündən başqa onun məzmunu daha dolğun ifadə edən söz axtarsaydıq “xəyanət” sözünün üstündə dayanmalı olardıq” [V.Y.Veliçko. Qafqaz. Rus məsələsi və tayfalarası münasibətlər. Moskva 1904 s.68-69].