ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirilib


Digərləri 11 Apr 2019 18:28:55 255 0

ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Meksika, Fransa, Kuba, Venesuela, Braziliya, Argentina, Rumıniyanın ölkəmizdəki səfirləri, Çili və Misir səfirliklərinin nümayəndələri iştirak edib.