XİN: Bu və ya digər şəxsi öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir


Digərləri 11 Apr 2019 18:04:00 252 0

XİN: Bu və ya digər şəxsi öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir

Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.

Bakı. Erməni kütləvi informasiya vasitələri Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikir səsləndirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Erməni KİV-də yayılmış bu məsələ ilə bağlı Trend-ə açıqlamasında deyib ki, Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.