Göyçayda qəza:


Digərləri 11 Apr 2019 17:57:00 227 0

Göyçayda qəza:

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, rayonun Şahsoltanlı kənd sakini, 1963-cü il təvəllüdlü İsmayılov Şaban Şahsuvar oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı maenəyə çırpılıb. 

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.