"Bakcell" abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib (FOTO)


Digərləri 11 Apr 2019 17:50:44 241 0

"Bakcell" abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib (FOTO)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti məşhur MEGOGO video xidməti ilə əməkdaşlığa başlayıb.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti məşhur MEGOGO video xidməti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində "Bakcell" abunəçiləri 10 minə qədər lisenziyalı film, cizgi filmi, televiziya serialı və digər video məzmuna 12 aya qədər PULSUZ baxmaq imkanı qazanıblar. MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun ən böyük beynəlxalq OTT/VOD xidmətləri təminatçısıdır. "Bakcell" və “MEGOGO”nun birgə eksklüziv təklifində ən vacib məqamlardan biri də bu paketə Azərbaycan dilinə dublyaj edilmiş 400-dən çox filmin daxil edilməsidir. Xidmətə bütün "Bakcell" abunəçiləri qoşula bilər (Cin, Klass və Biznes individual). Bu fürsətdən yararlanmaq üçün müştərilər öz Bakcell nömrələri ilə www.megogo.net Internet səhifəsində və ya “Google Play Store” və “Appstore”dan yüklənilən MEGOGO mobil tətbiqetməsində qeydiyyatdan keçməlidir. Abunəçinin qoşulduğu tarif paketindən asılı olaraq xidmətə 6-12 ay arasında pulsuz abunəlik təqdim edilir. PULSUZ istifadə müddəti bitdikdən sonra abunəçilər xidmətdən ayda cəmi 3 AZN xidmət haqqı ödəməklə yararlana bilərlər.