Ziyanvericilər yaxındadır: “Kaspersky Lab”ın versiyasına görə “Taxtların oyunları” ən viruslu serial oldu


Digərləri 11 Apr 2019 17:56:00 208 0

Ziyanvericilər yaxındadır: “Kaspersky Lab”ın versiyasına görə “Taxtların oyunları” ən viruslu serial oldu

Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər.

Bakı. Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər. Kaspersky Lab-ın mütəxəssisləri son iki ildə məşhur teleşouların epizodlarını təqdim edən zərərli faylların yüklənməsi statistikasını təhllil edərək belə qənaətə gəliblər. Ən “viruslu” 2018-ci ildə bütün zərərli faylların 17%-ni təşkil edən “Taxtların oyunları” serialı olub. Maraqlıdır ki, keçən il bu fantastika dramının yeni seriyaları çıxmayıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bütün dünya bu serialın yeni sezonuna baxan zaman bu göstərici 22% olmuşdu. Ümumiyyətlə zərərvericilər “Taxtların oyunları” vasitəsi ilə bütün dünyada 21 minə yaxın istifadəçiyə hücum ediblər. Kaspersky Lab-ın mütəxəssisləri hesab edirlər ki, ən təhlükəli serialın hər sezonun ilk və son seriyaları olur: məsələn, bu seriyalarla zərərvericilər daha çox zərərli fayllar gizlətməyə çalışırlar. Ən aktiv isə serialın ilk epizodu olan “Qış yaxındadır” epizodunu istifadə edirlər. Kaspersky Lab-ın ekspertləri indiyə kimi “Taxtların oyunları” adı ilə 33 növ təhlükə və 505 zərərli proqram təminatları qeydə alıblar. Ən çox istifadəçilər troyan (üçdə bir hallarda), reklam proqram təminatı (28%) və yükləmələr (21%) istifadə edirlər.