“Unibank”ın 10 000 manat pul uduşlu lotereyasının qalibi ol!


Digərləri 11 Apr 2019 17:21:00 238 0

“Unibank”ın 10 000 manat pul uduşlu lotereyasının qalibi ol!

Unibank kartı ilə cəmi 10 manatlıq nağdsız əməliyyat sizə Satoriniyə 1 həftəlik səyahət paketi, iPhone X mobil telefonu və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər.

Bakı. Unibank kartı ilə cəmi 10 manatlıq nağdsız əməliyyat sizə Satoriniyə 1 həftəlik səyahət paketi, iPhone X mobil telefonu və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. “Unibank”dan Trend-ə verilən məlumata görə, bankın “Bahar lotereyası”nın ilk tirajının qalibləri aprelin 23-də məlum olacaq. Martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik, iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var. “Unibank”ın “Bahar lotereyası” nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Lotereyanın şərtləri belədir: -Lotereya 14.03.2019 - 31.05.2019 tarixlərini əhatə edəcək və 2 tirajdan ibarət olacaq (1-ci tiraj 23.04.2019 il tarixində, 2-ci tiraj 10.06.2019 tarixində keçiriləcək); - Ümumilikdə 100 iştirakçı qalib elan ediləcək; - Lotereyada “Unibank”dan yeni Albalı Plus kredit kartı əldə edən, eləcə də Unibank debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən müştərilər iştirak edəcək; -Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandıracaq; - Lotereyada yalnız www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçən müştərilər iştirak edəcək. Lotereyanın uduş fondu: ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçiləcəklər.