Müasir heyvan kəsimi məntəqələrinin sayı artır (FOTO)


Digərləri 11 Apr 2019 17:25:00 221 0

Müasir heyvan kəsimi məntəqələrinin sayı artır (FOTO)

paytaxtda və respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsimi və ət satışı məntəqələri yaradılır.

Bakı. “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanlarının birgə faəliyyəti davam edir. Agentlikdən Trend-ə verilən məlumata görə, bu istiqamətdə sahibkarlar tərəfindən paytaxtda və respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsimi və ət satışı məntəqələri yaradılır. Növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb. Növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb. Məntəqədə gün ərzində 150-ə yaxın iri və xırdabuynuzlu heyvan kəsimini həyata keçirmək mümkündür. Eyni zamanda məntəqədə 20 satış yeri var ki, qəssablar satışı bu məntəqələrdə həyata keçirə bilərlər. Məntəqədə kəsimdən öncə heyanlar baytar həkim tərəfindən müayinə olunur, kəsimdən sonra isə ət baytarlıq-sanitariya ekspertizası və laborator müayinədən keçirilir. Yalnız bundan sonra ətin satışına icazə verilir.