İrandan Azərbaycana narkotik gətirən transmilli cinayətkar şəbəkənin üzvlərinə hökm oxundu


Digərləri 11 Apr 2019 17:16:03 194 0

İrandan Azərbaycana narkotik gətirən transmilli cinayətkar şəbəkənin üzvlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən Şahlar Qasımov, atası Yaşar Qasımov, Əhməd Əhmədov, Süleyman Məhərrəmov və İran vətəndaşı Cavadi Rzanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən Şahlar Qasımov, atası Yaşar Qasımov, Əhməd Əhmədov, Süleyman Məhərrəmov və İran vətəndaşı Cavadi Rzanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Qasımov, Ə.Əhmədov və S.Məhərrəmovun hər biri 11 il, C.Rza isə 15 il müddətinə azadlıqdan məhrum edilib.