Çempionlar Liqasının yeni formatı - 224 oyun


İdman 11 Apr 2019 16:00:00 213 0

Çempionlar Liqasının yeni formatı - 224 oyun

UEFA 2024-cü ildən Çempionlar Liqasını yeni formatda keçirmək niyyətindədir.

"L'Equipe" nəşrinin ələ keçirdiyi yeni formata əsasən turnirdə 32 klub mübarizə aparacaq. Lakin indikindən fərqli, hərəsində 8 komanda olmaqla 4 qrupun olması planlaşdırılır. Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsində ilk 4 yerin sahibləri 1/8 finala adlayacaq. 5-ci yeri tutanlar da növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququ qazanacaqlar. 6-7-ci yerlərdə qərarlaşanlar isə Avropa Liqasına yuvarlanacaq.

Qrup səddini aşan 16 komanda, eyni zamanda 5-cilər və 6-7-ci yerləri tutan 8 klubdan 4-ü daxili çempionatın nəticəsindən asılı olmayaraq, növbəti mövsüm də ÇL-də yarışa biləcək.

Yeni formata keçildikdən sonra bir mövsümdə oyun sayı 96-dan 224-ə yüksələcək. UEFA bununla klubların yayım gəlilərinin artacağını düşünür.