“İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib


Digərləri 11 Apr 2019 16:04:00 216 0

“İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib.

Bakı. Samir Əli - Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Elina Hacıyevanın intiharı ilə bağlı yayılan məlumatlardan danışıb: "Belə şayiələr yayılıb ki, guya intihara cəhd edəndən sonra o, məktəbdə bir neçə saat saxlanılıb, təcili yardım gec gəlib. Təhsil Nazirliyində araşdırma başlanıb, Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Hadisənin səbəbləri cəmiyyət tərəfindən də araşdırılmalıdır. Buna görə də biz millət vəkilləri və ekspertləri toplamışıq ki, məsələni müzakirə edək". Millət vəkili Fazil Mustafa bildirib ki, bəziləri bu məlumatın yayılmasını düzgün hesab etmir: "Bu məsələdə mətbuatı qınamaq düzgün deyil. Çünki mətbuat bunu xəbər kimi yayıb, intiharı təbliğ kimi yox. Bu gün orta məktəblərdə də problemlər var. Bəzi məktəb direktorları yerində deyil. Bu gün çayxanalarda yeniyetmələrdən yer yoxdur. Hamısı qəlyan çəkir. Müəllim valideynin qorxusundan şagirdə irad tuta bilmir. Valideynlər müəllimlərə irad tutur. Biz bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu, olmaz. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlxanxana, kafe, köşk olmamalıdır. Məktəb bu məsələlərə nəzarət edə bilmir. Elinanın intiharında müəllimi qınamaq olmaz. Müəllim onu intihara sövq eləməyib. Məktəb və valideyn münasibətləri tənzimlənməlidir. Müəllimin statusunu qaldırmalıyıq. Valideyn müəllimin şagirdə nəyə görə irad tutduğunu anlamalıdır. Təhsil Nazirlilyində komissiya var, bu məslələr tənzimlənməlidir. Bu məsələdə qanunvericiliyi qınamaq olmaz". Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır: