Oqtay Şirəliyev xəstəxana rəhbərləri ilə görüşdü FOTO


Digərləri 11 Apr 2019 15:59:00 352 0

Oqtay Şirəliyev xəstəxana rəhbərləri ilə görüşdü  FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə "Azərbaycanda icbari tibbi sığortaya hazırlıq" mövzusunda görüş keçirib.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev qeyd etdi ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbələrinin yaradılmasına, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaqdır. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaqdır.

Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhiyyəyə ayırdığı diqqətindən danışıb. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda sağlamlaşdırıcı aksiyalar, ürək çatışmazlığından və digər patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. X. Əhədov icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.


Xəbərə aid fotolar