Pyotr Kazmiruku Opera və Balet Teatrına dəvət olunub


Kriminal 11 Apr 2019 14:58:00 241 0

Pyotr Kazmiruku Opera və Balet Teatrına dəvət olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruku Teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət edib.

P.Kazmiruk 1980-ci ildə Moskvada anadan olmuşdur. 8 yaşında ikən Böyük Teatrda səhnəyə qoyulan "Sirano de Berjerak" baletinin tamaşasında iştirak etmişdir. 1998-ci ildə Moskva Dövlət Xoreoqrafiya Akademiyasını bitirmişdir (V.O.Mixaylovun sinfini).  2002-ci ildə MDXA institutunu "balet artisti", "pedaqoq-repetitor" ixtisası üzrə bitirib.

1998-ci ildən Böyük Teatrda çalışır.  MDA studiyasında (Tokio, Yaponiya) klassik rəqs sənəti üzrə silsilə ustad dərsləri keçirilib.

2005-ci ildən Moskvanın "Sfera" dramatik teatrı, 2011-ci ildən M.Qorki adına Moskva Bədii Akademik Teatrı ilə əməkdaşlıq edir, həmin teatrlarda baletmeysterlik fəaliyyəti ilə yanaşı, həm də artistlərlə plastika və  xoreoqrafiya üzrə ustad dəsrləri keçirir.