Nardaranda keçmiş məhkumda silahsursat və 4 ədəd xəncər tapıldı FOTO


Digərləri 11 Apr 2019 14:40:00 260 0

Nardaranda keçmiş məhkumda silahsursat və 4 ədəd xəncər tapıldı  FOTO

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb. Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib.


Xəbərə aid fotolar