Sabirabadda su kanalına düşən şəxsin axtarışları aparılır


Digərləri 11 Apr 2019 14:45:00 384 0

Sabirabadda su kanalına düşən şəxsin axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​