Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib (FOTO)


Digərləri 11 Apr 2019 14:39:45 226 0

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının aparılması, qeydiyyata alınması, idxalı, satışı və saxlanmasına dair sahibkarlarla görüş keçirilib.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının aparılması, qeydiyyata alınması, idxalı, satışı və saxlanmasına dair sahibkarlarla görüş keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə AQTA sədrinin müavini Balarəhim Quliyev Agentlik tərəfindən bu istiqamətdə həyata keçrilən tədbirlərlə bağlı görüş iştirakçılarına geniş məlumat verib. B.Quliyev hazırda bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını sahibkarların diqqətinə çatdırıb. Sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Qeyd olunub ki, qida təhlükəsizliyi sahəsində beynəlxalq praktikanın tətbiqi sahibkarlar üçün yeni imkanlar yaradacaq, istehlakçı hüquqlarının qorunmasına öz töhvəsini verəcəkdir. Sahibkarların ölkə ərazisinə idxal etdiyi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qanunvericiliyin tələblərinə və standartlara uyğun olmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.