Sabirabadda su kanalına düşən şəxsin axtarışları aparılır


Digərləri 11 Apr 2019 14:21:00 247 0

Sabirabadda su kanalına düşən şəxsin axtarışları aparılır

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bakı. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.