Dövlət Əmək Müfəttişliyi Xidməti son 3 ayda 3089 müraciət cavablandırıb


Digərləri 11 Apr 2019 14:04:00 210 0

Dövlət Əmək Müfəttişliyi Xidməti son 3 ayda 3089 müraciət cavablandırıb

324 vətəndaş isə fərdi qaydada qəbul edilib

Bakı. 2019-cu ilin I rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 1770 vətəndaş müraciəti, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 564 məktub araşdırılaraq cavablandırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə məsələləri ilə bağlı dövlət orqanları, işəgötürənlər və vətəndaşlardan daxil olan 755 sorğu da Xidmət tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb, onlara texniki yardımın göstərilməsi təmin olunub.