Yolu keçən kişini maşın vurub öldürdü


Digərləri 11 Apr 2019 13:55:00 191 0

Yolu keçən kişini maşın vurub öldürdü

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Oqtay Abdurəhimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.