İcraçı direktor: "Bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur"


Digərləri 11 Apr 2019 13:59:00 236 0

İcraçı direktor: "Bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur"

Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib.

F.Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib, gənclərin ideyalarının, sosial, elmi və digər sahələrdə layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

İcraçı direktor vurğulayıb ki, 2018-ci ildə Fondun fəaliyyət sahəsi bir qədər genişləndirilib. "2018-ci ildə Fond gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı da müsabiqə keçirib. Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib".