Poqbanın meneceri Real Madrid-lə anlaşdı


İdman 11 Apr 2019 12:20:00 216 0

Poqbanın meneceri Real Madrid-lə anlaşdı

Manchester United-in yarımmüdafiəçisi Pol Poqbanın karyerasını İspaniyada davam etdirməsi gözlənilir.

Goal.az xəbər verir ki, fransalı ulduz futbolçu Real-a keçməyə razılıq verib.

Poqbanın meneceri Mino Rayola Real Madrid rəhbərliyi ilə bununla bağlı görüş keçirib. Onun bütün tələbləri qəbul edildiyindən, tərəflər arasında ilkin anlaşma əldə olunub. 

Keçid reallaşarsa, Rayolanın qazancı 18 milyon avro olacaq. Poqba özü isə Real-ın ən yüksək ödənişli 3 oyunçusundan birinə çevriləcək.