OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub


Digərləri 11 Apr 2019 13:51:46 255 0

OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub

OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.

Bakı. OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, buraxılışda “OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, “Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb. Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamlara diqqət yetirilib. Bakıda "OPEC plus" tədbirlərinin yüksək səviyyədə keçirildiyi qeyd olunub.