Qarabulaqda ayı sakinlərə hücum edib - Restorandan qaçıbmış


Digərləri 11 Apr 2019 13:56:00 254 0

Qarabulaqda ayı sakinlərə hücum edib - Restorandan qaçıbmış

İnquşetiyanın Qarabulaq şəhərində ayı sakinlərə hücum edib.

Bakı. İnquşetiyanın Qarabulaq şəhərində ayı sakinlərə hücum edib. Trend-in məlumatına görə, ayının hücumu nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan biri xəstəxanya yerləşdirilib, digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə yerinə gələn polis işçiləri vəhşi heyvanı silahla zərərsizləşdiriblər.