Komitə sədri: "Prezident seçkilərindən ötən bir il müddətində ölkədə əvvəlki siyasət davam etdirildi"


Siyasət 11 Apr 2019 13:50:00 279 0

Komitə sədri: "Prezident seçkilərindən ötən bir il müddətində ölkədə əvvəlki siyasət davam etdirildi"

Xalqımızın rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsi ilə təmin olunması istiqamətində çox böyük işlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər yüksək səviyyədə həyata keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında çıxış edən komitə sədri Ülvi Quliyev deyib. O bildirib ki, prezident seçkilərindən ötən bir il müddətində ölkədə əvvəlki siyasət davam etdirildi:

"Daxili siyasətimizdə ölkə başçısı mühüm uğurlara imza atıb və bu siyasət sırf vətəndaş amilinə bağlıdır. Xalqımızın rifah halının yüksəldilməsi həyat səviyyəsinin yaxşılaşmasına hesablanıb. Xarici siyasətimiz də daxili siyasətimizin davamı olaraq milli və dövlət maraqlarına bağlıdır. Qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında qonşu dövlətlərlə, o cümlədən Avropa dövlətləri ilə, müsəlman dövlətləri ilə əməkdaşlığımız möhkəmlənir".

Komitən sədri vurğulayıb ki, gənclər və idman siyasəti də cənab Prezidentin diqqət ayırdığı sahələrdən biridir.