Cari ilin yanvar-mart aylarında 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub


Digərləri 11 Apr 2019 13:47:00 221 0

Cari ilin yanvar-mart aylarında 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslər arasında qadınlar 181 nəfər, əlliliyi olan şəxslər 352 nəfər, şəhid ailəsi üzvləri 26 nəfər, məcburi köçkünlər 261 nəfər, gənclər 67 nəfər təşkil edir.