Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO 2019” ikinci beynəlxalq konfransında iştirak edir FOTO


Digərləri 11 Apr 2019 12:55:00 242 0

Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO  2019” ikinci beynəlxalq konfransında iştirak edir  FOTO

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən "Beynəlxalq ordu oyunları - 2019" yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin "Dəniz kuboku", "Tank biatlonu", "Artilleriya atəşi ustaları", "Snayper həddi", "Hərbi-tibbi estafet" və "Səhra mətbəxi" müsabiqələrində iştirakı planlaşdırılır.


Xəbərə aid fotolar