Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı


İdman 11 Apr 2019 12:43:00 278 0

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Goal.az-ın məlumatına görə, UEFA 1/4 final mərhələsində baş tutan 4 qarşılaşmadan sonra namizədlərin adlarını açıqlayıb.

Bunlar Liverpool-un hücumçusu Roberto Firmino, Tottenham-in yarımmüdafiəçisi Hun Min Son, Ajax-ın orta sahə oyunçusu Frenki de Yonq və Barcelona-nın müdafiəçisi Jerar Pikedir.

Firmino 1 qol, 1 assist, Son 1 qolla yadda qalıbsa, de Yonq 91 faizlik dəqiq ötürmə ilə seçilib. Pike isə 10 dəfə topu qapı qarşısından uzaqlaşdırıb və ötürmə dəqiqliyi 94 faiz olub.