Hindistanda parlament seçkiləri keçirilir


Dünya 11 Apr 2019 12:24:00 197 0

Hindistanda parlament seçkiləri keçirilir

Hindistanda parlament sekçilərinin ilkin mərhələsi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 91 mahalda səsvermə məntəqələri səhər saatlarından açılıb. Səsvermə saat 18:00-da başa çatacaq.

Seçkilərlə əlaqədar bəzi regionlarda təhlükəsizlik tədbirləri gücləndirilir. Tripur ştatında isə Banqladeşlə sərhəd tamamilə bağlanıb.

Bildirilir ki, bu, seçkilərdə təxminən 900 milyon seçici iştirak edəcək ki, dünya tarixində ilk sayılır. Parlament seçkiləri 7 mərhələdə keçiriləcək.