Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı


Siyasət 11 Apr 2019 12:03:09 222 0

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

O əlavə edib ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edəcək.