Bakıda narkotik maddə qəbul edən şəxs öldü


Digərləri 11 Apr 2019 12:05:00 174 0

Bakıda narkotik maddə qəbul edən şəxs öldü

Bakıda 37 yaşlı kişi narkotik maddənin təsirindən ölüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakının Nizami rayonu, C.Naxçıvanski küçəsi 53 ünvanında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Oqtay Rəhim oğlu Abdullayev narkotik maddə qəbul edib. Narkotik maddənin dozası artıq olduğundan o dünyasını dəyişib.

Onun daha əvvəl narkotik maddə istifadəsindən məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.