Bakıda 2 ayda əhali ərzaq, içki və tütün məmulatlarına 1,3 milyard manatdan çox pul xərcləyib


Digərləri 11 Apr 2019 11:56:00 201 0

Bakıda 2 ayda əhali ərzaq, içki və tütün məmulatlarına 1,3 milyard manatdan çox pul xərcləyib

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 2 milyard 984,6 milyon manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 1612,9 milyon manata bərabər olub.