4 qadın güləşçimiz avropa çempionatında mübarizəyə başlayır


İdman 11 Apr 2019 11:37:00 237 0

4 qadın güləşçimiz avropa çempionatında mübarizəyə başlayır

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsində qadın güləşçilər mübarizəyə başlayacaq.

Goal.az xəbər verir ki, Azərbaycan bu çəkilərdən 4-də təmsil olunacaq. Pəhləvanlardan 3-ü ilk görüşünü skandinaviyalılara qarşı keçirəcək.

53 kq

1/8 final - Tatyana Varansova - Vanesa Kaladzinskaya (Belarus)

57 kq

1/8 final. Alyona Kolesnik - Sara Yohanna Lindborq (Isveç)

62 kq

1/8 final - Tatyana Omelçenko - Hedda Hauq Strand (Norveç)

65 kq

Təsnifat - Elis Manalova - Anna Katerina Yohansson (İsveç)

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. Onlar da bu gün çıxış edəcəklər.