Anar Bağırov: "Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına öz töhfəsini verəcək"


Digərləri 11 Apr 2019 11:29:00 230 0

Anar Bağırov: "Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına öz töhfəsini verəcək"

Azərbaycan dünyada az ölkələrdəndir ki, Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurasında təmsil olunur.

Son.az xəbər verir ki, bunu Trend-ə bir neçə gün öncə Məhkəmə-Hüquq Şurasına üzv seçilən, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu, ölkədə vəkillərə verilən dəyərdir: "Əslində, bu gün vəkillər məhkəmə-hüquq sistemində çox mühüm rola malikdir. Çünki ədalət mühakiməsi güclü vəkilsiz mümkün deyil. Vəkillər Kollegiyasının nümayəndəsinin Məhkəmə-Hüquq Şurasında təmsil olunması, ilk növbədə, vəkillərin bu islahatlarda iştirakı deməkdir. Eyni zamanda bu, mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək. Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri çox genişdir. Vəkillər Kollegiyasının Məhkəmə-Hüquq Şurasında təmsil olunması həm vəkillərin nüfuzunu artırır, həm də məhkəmə hakimiyyətinin idarə edilməsi üçün də çox əhəmiyyətli və vacibdir".