Bakıda zəncirvari qəza VİDEO


Digərləri 11 Apr 2019 11:20:00 234 0

Bakıda zəncirvari qəza  VİDEO

Bakının Nərimanov rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 10 ON 614 dövlət nömrə nişanlı, "VAZ 2104" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən ötmə qaydasını pozaraq qarşısındakı "Volkswagen" markalı avtomobili sağdan keçmək istəyib. 

Nəticədə, sürücü idarəetməni itirərək əvvəlcə "Volkswagen"ə, daha sonra yol kənarındakı işıq dirəyinə dəyib. 

Arxadan gələn 99 CE 467 dövlət nömrə nişanlı, "Opel" markalı avtomobil isə həmin minik maşınlarına dəyib.

Qəza zamanı "Volkswagen"in sürücüsü xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.