Azərsu “Embawood”un suyunu kəsdi


Digərləri 11 Apr 2019 10:48:00 420 0

Azərsu “Embawood”un suyunu kəsdi

"Azərsu" ASC "Embawood" mebel şirkətinin Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 A ünvanında yerləşən mebel salonunun istehlak edilən su borcunu ödəmədiyinə görə su xəttini kəsib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il dekabrın 18-də tərtib edilmiş fakturada mebel salonunun 549 manat borcu olduğu hesablanıb, şirkət isə borcun məbləği ilə razılaşmayıb bu pulu ödəməkdən imtina edib. Buna görə də "Azərsu" salona suyun verilməsini dayandırıb və obyektin sahibi Şahlar Məmmədovun adına olan smart tipli su sayğacını bloklayıb.

"Azərsu" ASC-nin bu hərəkətindən "Embawood" məhkəməyə müraciət edib və borcun silinməsini, suyun verilməsinin bərpa edilməsini tələb edib. Şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Səbinə Nuriyeva baxıb.