Rusiyadan qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı FOTO


Digərləri 11 Apr 2019 10:35:00 238 0

Rusiyadan qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı  FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E300" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 20 840 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar