Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı QƏRAR


Digərləri 11 Apr 2019 10:30:00 209 0

Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı QƏRAR

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. 

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.

Belə ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manatdan 587 manata qaldırılıb.