Ailəsi dağılan azərbaycanlı müğənni başqa şəxslə yaşayır


Digərləri 11 Apr 2019 10:07:00 262 0

Ailəsi dağılan azərbaycanlı müğənni başqa şəxslə yaşayır

Sabrina ilə bir evdə yaşamağına valideynin razıdır?

Son.az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) rəsmi Youtube kanalında aparıcılığını etdiyi "Tarix ilə səmimi" verilişində əməkdar artist Rəhman Rəhmanovun müğənni övladı Emil Rəhmanova müraciət edib.

Narotik asılılığından müalicəsi davam edən Emil valideynlərinin sözügedən xanımla birgə yaşamağına etiraz etmədiklərini bildirib:

"Razıdırlar, xətrini də çox istəyirlər. Çünki Sabrina onların hörmətlərin saxlayır. Valideynlərim yaşlıdırlar artıq. Atam şəkər xəstəsidir, anamın da yaşı artıq öz sözünü deyir. Bu dəqiqə onların balalarının əziyyətini hansısa yad qızı çəkirsə, xüsusən də bu cür xəstəliyə düçar olan mənim kimi şəxsə. Sadəcə, bunun adı elədir ki, narkomaniyadır da bunun adı.